İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 2024“Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən “ADEX 2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.
“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır.Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 2024Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Zakir Həsənov General-polkovnik Azərbaycan Respublikasının müdafiə naziri 2024Bu gün “ADEX-2024” sərgisində Azərbaycan Respublikası tərəfindən nümayiş etdirilən silah və texnika nümunələri dövlətimizin elmi-texniki və sənaye potensialının inkişaf səviyyəsinin göstəricisidir. Nümayiş etdirilən silah və texnikalar 44 günlük Vətən müharibəsində də sınaqlardan uğurla keçmişdir. “ADEX” sərgisi Azərbaycan və dünya şirkətlərinin müdafiə sənayesi komplekslərinin son nailiyyətlərinin genişmiqyaslı nümayişi, yerli və xarici ekspertlər arasında təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına unikal imkanlar yaradan ideal platformadır. Bu sərginin keçirilməsini iqtisadiyyatın müdafiə sənayesi sektoru üçün əhəmiyyətli bir hadisə hesab edirəm.
Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri 2024Hər il keçirilən “ADEX” sərgisi hərbi-texniki əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrin inkişafında əhəmiyyətli rolu olan, müasir silah və texnologiyalar istehsal edən hərbi sənaye müəssisələrini, mütəxəssisləri, aidiyyəti beynəlxalq qurumları bir araya gətirən çox səmərəli və nüfuzlu bir platformadır. İştirakçı şirkətləri artan və ildən-ilə Azərbaycanda dövlət səviyyəsində dəstəklənən bu layihə, eyni zamanda müdafiə sənayesi nailiyyətlərinin dünyada tanıdılmasına, təşviqinə, elmi və texnoloji potensialın güclənməsinə bilavasitə əlverişli zəmin yaradır.
Vüqar Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri 2024Müdafiə təyinatlı məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlərlə yanaşı, daimi müştərilər və yeni alıcılar üçün ənənəvi və əlverişli görüş yerinə çevrilmiş “ADEX” sərgisi beynəlxalq səviyyədə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsində, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin, o cümlədən bu sahədə ixtisaslaşmış mütəxəssislərin bir araya gəlməsində, onlar arasında işgüzar əlaqələrin qurulmasında və yeni müqavilələrin imzalanmasında əhəmiyyətli rol oynayır.
Məcnun Məmmədov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri 2024Regionun kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgisi hesab edilən “Caspian Agro” hər il olduğu kimi bu il də aqrar sahədə çalışanlara yeni texnika, texnologiyalar və sistemlər ilə tanış olmaq imkanı yaradır. Bu sərgi həm də aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar, o cümlədən xaricdən gələn nümayəndələr arasında qarşılıqlı fikir mübadiləsi aparmaq, əməkdaşlıq əlaqələri qurmaq üçün mühüm platforma rolunu oynayır.
Rəşad Nəbiyev Rəqəmsal inkişaf və nəqliyyat naziri 2024Əminəm ki, “TransLogistica Caspian” sərgisi hər il olduğu kimi, təqdim edilmiş yeniliklərlə tanış olmağa, yeni işgüzar münasibətlərin qurulmasına yardımçı olacaq, əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq.
Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri 2024Bakı Su Həftəsi çərçivəsində təşkil olunacaq sərgi zamanı dövlət və özəl sektor nümayəndələrinin yaxından tanışlığı, mövcud problemlərin həlli və su sahəsində innovativ üsulların müəyyənləşdirilməsi istiqamətində önəmli addımlar atılacağına əminəm. İnanıram ki, su sərgisi yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizin su təsərrüfatının inkişafına, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun sürətli reinteqrasiyasına yeni və önəmli töhfələr verəcəkdir.
Saleh Məmmədov İdarə Heyətinin sədri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2024“Road & Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını bir araya toplayan unikal bir tədbirdir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, o cümlədən yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssislər ilə görüşmək üçün nadir imkandır.
Orxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri 2024“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ölkəmizin kənd təsərrüfatı və qida sənayesi sahəsində qazandığı uğurları, bu sahədə fəaliyyət göstərən sahibkarların nailiyyətlərini əyani şəkildə görməyə imkan yaradır. Bu sərgilər həmçinin innovativ yeniliklər barədə məlumatlandırır, müvafiq sahələrdə biznesin qurulmasını və inkişafını təşviq edir, qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayır. Hər il sərgilərdə çoxlu sayda yerli və xarici şirkətlərin iştirak etməsi, ziyarətçi axını da aqrar sahəyə və bu sektordakı yeniliklərə istehlakçıların və biznesin marağından xəbər verir.
İlqar Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant 2024“ADEX” və “Securex Caspian” hərbi sərgisi müdafiə və təhlükəsizlik sahələrində mühüm hadisə kimi dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin və maraqlı tərəflərin diqqətini cəlb edir. Sərgilər təkcə texniki nailiyyətlərin nümayişi üçün vitrin deyil, həm də kiberdiplomatiya və informasiya təhlükəsizliyi sahələrində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi platformasıdır.
Asset Assavbayev “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi 2024“TransLogistica” sərgisi Avrasiya regionunda nəqliyyat, tranzit və logistika sahəsində səriştə, qabaqcıl təcrübə, bilik və ideyaların mübadiləsi üçün mühüm biznes platforması olduğundan, qarşıya qoyulan məqsədə nail olmağa əlavə təkan verir. Bu mühitdə imkanlar və risklər ehtiva edən nəqliyyat və logistika sənayesi yeni texnologiyalar, yeni bazar iştirakçıları, yeni müştəri gözləntiləri və yeni biznes modelləri kimi böyük dəyişikliklər prosesindən keçir. Bununla əlaqədar olaraq, sərgi sektorun mümkün inkişafı üçün müxtəlif imkanlar yaranır.
Muhammad Nasar Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri 2024Sərgilər sayəsində bir çox məqsədlərə nail olunur: onlar heyvandarlıq, quşçuluq və bağçılıq da daxil olmaqla müxtəlif sektorları bir araya gətirir və kənd təsərrüfatında rəqəmsallaşmanın vacibliyini vurğulayır. Onlar həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əlaqələr qurulması ilə yanaşı, ekspertlər, özəl sektor və fermerlər üçün öz bilik və təcrübələrini bölüşmək üçün əla imkan yaradır.
Alişer Şükürov Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini 2024Bu tədbir aqrar sektor və qida sənayesi ilə bağlı keçirilən bir sıra tədbir və sərgilər arasında ən vaciblərindən biridir. “Caspian Agro” və “InterFood Azərbaycan” Azərbaycan üçün təkcə mühüm hadisə deyil, həm də müasir texnologiyaların yerli, regional və qlobal səviyyədə təbliği üçün katalizator, əməkdaşlığın qurulması üçün vahid platformadır. Özbəkistanın biznes nümayəndələri uzun illərdir ki, bu sərgidə fəal iştirak edir, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirirlər.