İstifadə qaydaları

“Caspian Event Organisers” şirkətinin veb-saytı “Caspian Event Organisers” tərəfindən idarə olunan müxtəlif veb-səhifələrdən (internet səhifələrindən) ibarətdir.

“Caspian Event Organisers” şirkətinin veb-saytı bu sənəddə təsbit olunmuş şərt, müddəa və bildirişlərin (dəyişdirilmədən) tərəfinizdən qəbul edilməsi əsasında sizə təklif olunur. Siz “Caspian Event Organisers” şirkətinin veb-saytından istifadə etməklə, bütün bu cür şərt, müddəa və bildirişlər ilə razı olduğunuzu ifadə etmiş olursunuz.

HAZIRKI İSTİFADƏ QAYDALARINA DƏYİŞİKLƏR

“Caspian Event Organisers” şirkəti “Caspian Event Organisers” veb-saytından istifadə ilə əlaqədar ödənilən rüsumlar da daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, “Caspian Event Organisers” veb-saytının şərt, müddəa və bildirişlərinə dəyişiklik etmək hüququna sahibdir.

ÜÇÜNCÜ TƏRƏFİN VEB-SAYTLARINA KEÇİD LİNKLƏRİ

“Caspian Event Organisers” şirkətinin veb-saytında digər veb-saytlara (“keçid saytlar”) keçid linkləri ola bilər. Bu keçid saytlar “Caspian Event Organisers” şirkətinin nəzarətində deyil və “Caspian Event Organisers” şirkəti keçid saytında mövcud olan hər hansı keçid linki və ya keçid saytına edilən hər hansı dəyişiklik, yaxud yenilənmə də daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, hər hansı keçid saytında əks olunan məzmuna görə məsuliyyət daşımır. “Caspian Event Organisers” şirkəti həmçinin hər hansı keçid saytından qəbul olunan internet yayımına və ya hər hansı digər formada translyasiyaya görə də məsuliyyət daşımır. Bu keçid linkləri “Caspian Event Organisers” veb-saytı tərəfindən sizə yalnız rahatlıq üçün təmin edilir və hər hansı keçid linkinin veb-saytda mövcud olması həmin keçid saytlarında əks olunan məzmunların “Caspian Event Organisers” tərəfindən dəstəkləndiyini və ya “Caspian Event Organisers” ilə həmin keçid saytlarının administratorları arasında hər hansı əlaqənin mövcudluğunu nəzərdə tutmur.

QANUNSUZ VƏ YA QADAĞAN OLUNMUŞ İSTİFADƏ ƏLEYHİNƏ MÜDDƏA

“Caspian Event Organisers” şirkətinin veb-saytından istifadə şərtlərinin bir hissəsi kimi, siz burada qeyd olunan şərt, müddəa və bildirişlər çərçivəsində qanunsuz və ya qadağan hesab olunan hər hansı məqsəd üçün “Caspian Event Organisers” şirkətinin veb-saytından istifadə etməyəcəyinizə dair zəmanət verirsiniz. “ITE” şirkətinin veb-saytından elə qaydada istifadə olunmalıdır ki, “Caspian Event Organisers” şirkətinin veb-saytına hər hansı zərər / ziyan dəyməsin və ya onun iş prosesində həddən artıq yüklənmə və ya texniki nasazlıq baş verməsin, yaxud digər istifadəçilərin “Caspian Event Organisers” veb-saytından istifadə hüququna müdaxilə olunmasın. “Caspian Event Organisers” şirkətinin veb-saytında qərəzsiz şəkildə yerləşdirilmiş və ya təqdim olunmuş material və ya məlumatları əldə etmək, yaxud əldə etməyə cəhd göstərmək qadağandır.

“ITE” ŞİRKƏTİNƏ TƏQDİM OLUNAN VƏ YA “Caspian Event Organisers” ŞİRKƏTİNİN HƏR HANSI VEB-SAYTINDA YERLƏŞDİRİLƏN MATERİALLAR

“Caspian Event Organisers” şirkəti onun veb-saytına təqdim olunan və ya “Caspian Event Organisers” şirkətinin hər hansı veb-saytında və ya onunla əlaqəli xidmət saytlarına (birlikdə “Təqdim olunan materiallar”) yerləşdirilən, yüklənilən, daxil edilən və ya təqdim olunan materiallara (əks-əlaqə və təkliflər də daxil olmaqla) dair müəllif hüququ iddiası etmir. Bununla belə, Təqdimat olunan materialları sayta yerləşdirməklə, yaxud yükləməklə və ya daxil etməklə, eləcə də təmin və ya təqdim etməklə, siz “Caspian Event Organisers” şirkətinə, onunla əlaqəli şirkətlərə və müvafiq sub-lisenziya sahiblərinə Təqdimat olunan materialları çap etmək, paylamaq, yayımlamaq, ictimaiyyətə nümayiş etdirmək, ictimaiyyətə təqdim etmək, sayını (nüsxələrini) çoxaltmaq, redaktə / tərcümə etmək və yenidən format etmək hüququ da daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, biznes əməliyyatları ilə əlaqədar sizin “Təqdim olunan materiallar”ınızdan istifadə olunmasına icazə verdiyinizi bildirirsiniz (bura Təqdim olunan materiallarınız ilə əlaqədar adınızı da dərc etmək hüququ daxildir). 

Bu sənəddə qeyd olunduğu kimi, Təqdim olunan materiallarınızın istifadəsi ilə əlaqədar heç bir kompensasiya ödənilməyəcək. “Caspian Event Organisers” şirkəti hər hansı Təqdim olunan materialı internetdə yerləşdirmək və ya istifadə etmək üzrə heç bir öhdəlik daşımır və özünün müstəqil qərarına əsasən, istənilən vaxt hər hansı Təqdim olunan materialı veb-saytdan çıxara bilər. 
 
Bu bölmədə qeyd olunduğu kimi, Təqdim olunan materiallarınızı sayta yerləşdirməklə, yükləməklə, daxil etməklə və ya təqdim etməklə, siz Təqdim olunan materialları təqdim etmək, sayta yerləşdirmək, yükləmək, daxil etmək və ya təmin etmək üçün bütün lazımı hüquqlar da daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, Təqdim olunan materiallarınıza dair bütün müvafiq hüquqlara sahib olduğunuzu və ya ayrı cür onlara nəzarət etdiyinizi təsdiqləyir və bunlara dair zəmanət verirsiniz.

MƏSULİYYƏTDƏN İMTİNA

“Caspian Event Organisers” şirkətinin veb-saytında əks olunan və ya onun vasitəsi ilə tanıdılan məlumat, proqram təminatı, məhsul və xidmətlərin adlarında qeyri-dəqiqlik və ya nəşriyyat səhvləri ola bilər. Burada qeyd olunmuş məlumatlara vaxtaşırı dəyişikliklər edilir. “Caspian Event Organisers” və / yaxud onun təchizatçıları istənilən vaxt “Caspian Event Organisers” şirkətinin veb-saytına əlavə və ya dəyişiklik edə bilərlər. “Caspian Event Organisers” şirkətinin veb-saytı vasitəsi ilə təmin olunmuş məsləhətlərə əsaslanaraq, şəxsi, tibbi, hüquqi və ya maliyyə qərarları verməməyiniz və vəziyyətinizə uyğun xüsusi məsləhət almaq üçün müvafiq sahə peşəkarı ilə məsləhətləşməyiniz tövsiyə olunur.
 
“Caspian Event Organisers” və / yaxud onun təchizatçıları “Caspian Event Organisers” şirkətinin veb-saytında əks olunan məlumat, proqram təminatı, məhsul, xidmət və (bunlarla əlaqədar) qrafikanın (şəkillərin) hər hansı məqsəd üçün uyğunluğuna, etibarlılığına, mövcudluğuna, vaxtlılığına və dəqiqliyinə dair heç bir zəmanət vermir. Qüvvədə olan qanunvericilik çərçivəsində bütün bu cür məlumat, proqram təminatı, məhsul, xidmət və (bunlarla əlaqədar) qrafika (şəkil) olduğu kimi, hər hansı növ zəmanət və ya müddəasız təqdim olunur. Bununla, “Caspian Event Organisers” və / yaxud onun təchizatçıları, əmtəənin ticari dəyərinə dair nəzərdə tutulan bütün zəmanət və ya müddəalar, xüsusi məqsədlərə yararlılıq, mülkiyyət hüququ və patent hüququnun pozulmaması da daxil olmaqla, sözügedən məlumat, proqram təminatı, məhsul, xidmət və əlaqədar qrafika (şəkil) ilə bağlı bütün zəmanət və müddəalardan imtina edirlər.

“Caspian Event Organisers” veb-saytının istifadəsindən və ya (hər hansı formada) istismarından, eləcə də “Caspian Event Organisers” şirkətinin veb-saytından və ya əlaqəli xidmət saytlarından istifadə edə bilməmə və ya onlarla əlaqədar yubanma, yaxud “Caspian Event Organisers” şirkətinin veb-saytı vasitəsi ilə əldə olunmuş hər hansı məlumat, proqram təminatı, məhsul, xidmət və (bunlarla əlaqəli) qrafikaya (şəklə) görə və ya müqavilə, istifadə qaydalarına riayət olunmaması, səhlənkarlıq, şərtsiz öhdəlik və s. asılı olmayaraq hər hansı digər yolla “Caspian Event Organisers” şirkətinin veb-saytından istifadə nəticəsində ortaya çıxan istismar yararsızlığı, məlumat və ya gəlir itkisi nəticəsində dəyən zərər də daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, “Caspian Event Organisers” və / yaxud onun təchizatçıları hər hansı birbaşa, dolayı, cəza nəzərdə tutan, təsadüfi, faktiki və ikinci dərəcəli zərərə görə, hətta əgər “Caspian Event Organisers” və ya onun hər hansı təchizatçısı (bu cür zərər barədə əvvəldən xəbərdarlıq edilərlərsə belə) qüvvədə olan qanun çərçivəsində heç bir öhdəlik daşımayacaq. Bəzi yurisdiksiyalara əsasən, ikinci dərəcəli və ya təsadüfi zərərə görə öhdəliyin istisna olunması və ya məhdudlaşdırılması qadağan olunduğu üçün yuxarıda qeyd olunmuş məhdudiyyət sizə tətbiq olunmaya da bilər. “Caspian Event Organisers” veb-saytının hər hansı bölməsindən və ya bu istifadə qaydalarının hər hansı hissəsindən narazı olduğunuz halda, sizin istifadə edə biləcəyiniz tək və müstəsna hüquqi vasitə “Caspian Event Organisers” veb-saytından istifadəni dayandırmaqdır.

Xidmət üzrə əlaqə e-poçtu: it@ceo.az

XİTAM / MƏLUMATA ÇIXIŞIN MƏHDUDLAŞDIRILMASI

“Caspian Event Organisers” şirkəti sizin “Caspian Event Organisers” şirkətinin veb-saytına və əlaqəli xidmətlərə, yaxud bunların hər hansı bölməsinə çıxışınıza istədiyi vaxt və bildiriş vermədən, eləcə də müstəqil şəkildə xitam vermək hüququna sahibdir. 

ÜMUMİ

Bu saziş qüvvədə olan qanunvericilik çərçivəsində ingilis qanunları əsasında tənzimlənir və bununla siz “Caspian Event Organisers” şirkətinin veb-saytından istifadə və ya onunla əlaqədar ortaya çıxan bütün mübahisələrin həlli üçün eksklüziv yurisdiksiyanın və məhkəmə məkanının İngiltərə və Uels olacağına razılığınızı bildirirsiniz.
 
“Caspian Event Organisers” şirkətinin bu sazişi icra etməsi mövcud qanunlara və hüquqi proseslərə əsaslanır. Bu sazişin heç bir hissəsində sizin “Caspian Event Organisers” şirkətinin veb-saytından istifadəniz və ya bu cür istifadə ilə əlaqədar “Caspian Event Organisers” şirkətinə təqdim olunmuş və ya onun tərəfindən toplanmış məlumatlar haqqında dövlət, məhkəmə və hüquq-mühafizə orqanlarının müraciət və tələblərinə “Caspian Event Organisers” şirkətinin uyğunluq (riayət) hüququ məhdudlaşdırılmır. Yuxarıda qeyd olunan zəmanətdən imtina və öhdəlik üzrə məhdudiyyətlər də daxil olmaqla, lakin bunlara məhdudlaşmadan, bu sazişin hər hansı hissəsi mövcud qanunlara əsasən etibarsız və ya qüvvədən düşmüş hesab edilərsə, etibarsız və ya qüvvədən düşmüş hesab olunan müddəanın, orijinal müddəanın məqsədinə ən uyğun olan etibarlı və qüvvədə olan müddəa ilə tənzimlənməsi nəzərdə tutulacaq və sazişin bütün digər hissəsi öz hüquqi qüvvəsini qoruyub saxlayacaqdır.  Bu sənəddə başqa cür təsbit olunmazsa, bu saziş “Caspian Event Organisers” şirkətinin veb-saytı ilə əlaqədar “Caspian Event Organisers” və istifadəçi arasında mövcud olan bütöv razılaşmanı təşkil edir və bu saziş “Caspian Event Organisers” şirkətinin veb-saytı ilə əlaqədar “Caspian Event Organisers” və istifadəçi arasında (elektron, şifahi və ya yazılı formada olmasından asılı olmayaraq) əvvəllər və ya hazırda aparılan və həyata keçirilən bütün ünsiyyət və təkliflərdən üstün tutulur. Bu sazişin çap edilmiş nüsxəsi və elektron formada edilmiş bütün bildirişlər bu razılıq əsasında və ya onunla əlaqədar aparılan məhkəmə və ya inzibati icraatlar zamanı orijinal çap sənədi formasında yaradılmış və saxlanılan digər biznes sənədləri və məlumatları kimi eyni qaydada və eyni müddəalara əsaslanan məqbul hüquqi sənəd hesab olunur. Tərəflərə aydın şəkildə bildirilir ki, bu sazişin, eləcə də bütün əlaqədar sənədlərin ingilis dilində tərtib edilməsi arzu olunur.

İNVESTOR MÜNASİBƏTLƏRİNƏ DAİR MƏLUMATLAR ÜZRƏ MƏSULİYYƏTDƏN İMTİNA İLƏ BAĞLI ƏLAVƏ BƏYANAT

Hesabatlar Şirkətin strategiyasını və bu strategiyaların effektivlik potensialını qiymətləndirən bir qurum kimi yalnız səhmdarlar üçün əlavə məlumatı təmin etmək məqsədi ilə hazırlanır. Bu hesabatlara hər hansı digər Tərəf adından və ya hər hansı digər məqsəd üçün istinad edilməməlidir. 
Hesabatlarda (onların dərc olunması təsdiqlənən vaxta qədər mövcud olmuş) məlumatlar əsasında direktorlar tərəfindən obyektiv şəkildə hazırlanmış proqnoz xarakterli bəyanatlar öz əksini tapa bilər. Həm iqtisadi, həm də biznes üzrə risk amilləri də daxil olmaqla, əsasını səciyyəvi qeyri-müəyyənliklər təşkil edən bu cür proqnoz xarakterli məlumatlardan ibarət bəyanatlara ehtiyat ilə yanaşmaq tövsiyə olunur.

MÜƏLLİF HÜQUQLARI VƏ TİCARƏT NİŞANINA DAİR BİLDİRİŞLƏR:

“Caspian Event Organisers” şirkəti və onun filialları tərəfindən dərc olunaraq veb-saytlarda yerləşdirilmiş bütün məlumat və materiallar müəllif hüquqları haqqında qanun çərçivəsində qorunur.

Müəllif hüquqları: “Caspian Event Organisers” və / yaxud onun təchizatçıları. Bütün hüquqlar qorunur. 

“Caspian Event Organisers” şirkətinin yazılı icazəsi olmadan, “Caspian Event Organisers” şirkətinin veb-saytında yerləşdirilmiş məlumat və materialların hər hansı hissəsinin tam şəkildə və ya hissələrlə çap olunması, kseroks (surətçıxarma) aparatı ilə sürətinin çıxarılması, sayının çoxaldılması, tərcümə olunması və elektron resurs və ya aparat tərəfindən oxunması üçün kiçildilməsi qadağandır. “Caspian Event Organisers” şirkətinin icazəsi olmadan, hər hansı digər formada surətçıxarma qadağandır. Surətin çap olunması və ya digər icazələr üçün müraciətlər aşağıdakı ünvana göndərilməlidir:

Caspian Event Organisers
Nobel Prospekti 15
“Azure” Biznes Mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri 
it@ceo.az

Yuxarıda qeyd olunmuş e-poçt ünvanına yalnız müəllif hüquqlarına dair müraciətlər göndərməyinizi xahiş edirik. Zəhmət olmasa müəllif hüquqlarından başqa digər məsələlərə dair sualları info@ceo.az e-poçt ünvanına göndərin.

Müəllif hüquqları: “Caspian Event Organisers” və / yaxud onun təchizatçıları. Bütün hüquqlar qorunur.