RƏYLƏR

“Mütəmadi təşkil edilən sərginiz Azərbaycanla yanaşı, bir çox dünya ölkələri və eləcə də şirkətlər üçün yüksək texnologiyalar sahəsində son nailiyyətlərin təqdim olunduğu beynəlxalq platforma rolunu oynayır. Ənənəvi “Bakutel” sərgisi İKT sahəsində uğurların nümayişi və qabaqcıl texnoloji yeniliklərin təqdimatı olduğu kimi, həmçinin biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi, eyni zamanda ölkəmizlə yaxından tanışlıq imkanı deməkdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində keçiriləcək səmərəli görüşlər, dinləniləcək məruzə və çıxışlar yeni təşəbbüslərin müvəffəqiyyətlə gerçəkləşməsinə və qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir”.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

“Ənənəvi olaraq 20 ildən artıq bir müddətdə keçirilən tədbir ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də, İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır. Əminəm ki, sərgi-konfrans çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr qarşılıqlı faydalı əməkdaşlığa və İKT sektorunun gələcək inkişafına öz dəyərli töhfəsini verəcəkdir”.

Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

“İllər keçdikcə “Bakutel” sərgisi yeni ideyaların irəli sürülməsi, yeni layihələrin araşdırılması və yeni tərəfdaşlıq əlaqələrinin qurulması üçün bu il də dünyanın 20 ölkəsindən 200-dən artıq şirkəti, o cümlədən Azərbaycanın aparıcı İKT şirkətlərini bir araya toplayan unikal platformaya çevrilib və bu, mənə çox heyranedici təsir bağışlayır. “Bakutel” sərgisi Azərbaycanda reallaşdırılan rəqəmsal transformasiyanın təsdiqidir. “Bakutel” sərgisi yeni texnologiya və ideyalar aləmini, eləcə də (ələlxüsus, söhbət dayanıqlı inkişafdan gedirsə) İKT-nin geniş imkanlarını nümayiş etdirməklə, bizi fərdi şəxs, təşkilat və tərəfdaşlar kimi bir-birimizə daha da yaxın edir”.

Houlin Zao Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi

“Beynəlxalq “Bakutel” sərgi və konfransının dövlət idarələri, tənzimləyici strukturlar, elmi dairələr və beynəlxalq təşkilatların, eləcə də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrlə yanaşı, digər ölkələri də təmsil edən iri şirkətlərin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilməsi ənənəvi hal almışdır. Regional Rabitə Birliyinin (RRB) daimi iştirakçısı olduğu bu tədbir informasiya kommunikasiyaları sahəsində, o cümlədən telekommunikasiya şəbəkələri, genişzolaqlı texnologiyalar, peyk rabitəsi, radio və televiziya yayımı, informasiya texnologiyaları, təhlükəsizlik sistemləri, electron hökumət, elektron biznes və digər sahələrdə müşahidə olunan inkişafın ən mühüm cəhətlərini nümayiş və müzakirə etmək üçün unikal platforma funksiyasını yerinə yetirir. Hər il keçirilən beynəlxalq “Bakutel” sərgisi ənənəvi olaraq Azərbaycan Respublikasında İKT sektorunun uğurlu inkişafını nümayiş etdirir. “Bakutel” sərgisi öz mövqeyini ildən-ilə möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasının telekommunikasiya bazarında aparıcı tədbirə və bu bazarın ayrılmaz tərkib hissəsinə çevrilir. Bir çox ölkələrdən ekspert və sənaye peşəkarlarının diqqətini cəlb edən “Bakutel” sərgisi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək, strateji ideyaları və irimiqyaslı layihələri təqdim etmək, eləcə də müxtəlif səviyyələrdə, o cümlədən rabitə administrasiyaları və şirkətlər arasında təcrübə mübadiləsi və danışıqların aparılması üçün mühüm platformadır”.

N.N Muhitdinov Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin Baş direktoru

“Caspian Agro” sərgisi bir çox dünya ölkələrinin kənd təsərrüfatı məhsulları istehsalçılarını və təchizatçılarını bir araya gətirərək, ildənilə öz sahəsini daha da genişləndirir. Belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. Aqrar sahədə təşkil edilən bu kimi sərgilər oz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıraraq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı yaradır. Mən əminəm ki, bu profilli sərgilərin təşkili ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyətlərinin tanıdılmasına və kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına öz müsbət təsirini göstərəcəkdir”.

İnam Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

“Əminəm ki, “Caspian Agro” kimi sərgilər unikal marketinq aləti olaraq, sərgidə iştirak edən şirkətlər üçün səmərəli və faydalı əməkdaşlıq üçün münasib şərait yaradacaq, ticarət və kooperativ əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır”

Məmməd Musayev, Prezident, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

“Universitetimiz artıq üç ildir ki, "Təhsil" sərgisində iştirak edir. Şübhəsiz ki, məqsədimiz daha perspektivli abituriyentləri cəlb etməkdir və biz bu məqsədə nail oluruq”.

Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

İnanıram ki, iştirakçısı olduğunuz ADEX sərgisi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Sözsüz ki, artıq ikinci dəfə Azərbaycanda ADEX Beynəlxalq Müdafiə sərgisinin təşkili də beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazandığımız uğurlar sırasındadır. Ümüd edirəm ki, bu sərgi ölkəmizin hərbi potensialının nümayişi, biliklərin, təcrübələrin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydana çevrilməklə yanaşı, mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaq, yeni təşəbbüslərin yaranmasına töhfə verəcəkdir. Bu sərgi bütöv bir hərb sənayesi dünyası üçün böyük görüş meydanıdır.

Zakir Həsənov – Müdafiə Naziri

Əminəm ki, sərgi çərçivəsində aparılacaq müzakirələr və keçiriləcək görüşlər hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. “ADEX2016” sərgisinə Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etməsi xüsusilə əhəmiyyətlidir. Yenilənən, müasirləşən və dünya miqyasında öz layiqli yerini tutan Azərbaycan və onun paytaxtı Bakı şəhəri son dövrlərdə müxtəlif beynəlxalq tədbirlərin və faydalı müzakirələrin mərkəzinə çevrilmişdir. Ümid edirik ki, “ADEX2016” dünyada sülh və təhlükəsizliyin qorunmasına xidmət edəcək və uğurlu əməkdaşlıq əlaqələrinin inkişafına səbəb olacaqdır.

Yavər Camalov Azərbaycan Respublikasının Sabiq Müdafiə Sənayesi naziri

Bakıda keçiriləcək ADEX 2016 ikinci beynəlxalq müdafiə sərgisi dünya müdafiə sənayesi üçün mühüm platformaya çevrilir. İnanıram ki, ADEX 2016 təkcə müdafiə sənayesinin oyunçuları arasında əlaqələrin gücləndirilməsi üçün əla imkanları yaratmır, həmçinin ölkələr arasında əlaqələrə yeni perspektivləri və dəyər əlavə edir.

Prof. Dr. İsmail DƏMİR – Türkiyə Respublikası Müdafiə Sənayesi Katibi